Ermənilər Leyla Yunusun müdafiəsindən əl çəkmir

4 Oktyabr 2014 09:00 (UTC+04:00)

Bu gün Azərbaycanın sürətli inkişafına kifayət qədər qısqanclıqla, qərəzli mövqedən yanaşanların sayı heç də az deyil. Belə qüvvələr hər vəchlə ölkəmizə qarşı çıxmağa çalışır, bunun üçün bütün imkanlarını səfərbər edir. Ölkəmizə qarşı nümayiş olunan ikili standartların arxasında bu qəbildən olan qüvvələrin mühüm rol oynması da danılmaz həqiqətdir. Belə qüvvələr məqsədləriən çatmaq üçün daxildə də özlərinə dəstək ola biləcək vasitələr. Şəxslər axtarır və təəssüf ki, bəzən buna nail də olurlar. Məsələn, elə dövlətə xəyanət, dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları ilə həbsdə olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu buan ən bariz nümunə kimi göstərmək olar.

Sirr deyil ki, nəinki yalnız ermənilərin, o cümlədən də antiazərbaycançı mərkəzlərin, xarici ölkələrdə yaşayan erməni lobbisinin və bir sıra kəşfiyyat xidmətlərinin tapşırıqlarını yerinə yetirən Leyla Yunus adını Sülh və Demokratiya İnstitutu qoyduğu QHT pərdəsinin arxasına sığınmaqla əməllərini gizlədə biləcəyini düşünürdü. Lakin məlum oldu ki, hüquqi qeydiyyatdan keçməyən qurumun sədri Leyla Yunusova və əri Arif Yunusov hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb edərək, ölkəmizə qarşı istifadə məqsədilə hərbi vəziyyət barədə məlumatlar toplanılmasına dair onlara konkret tapşırıqlar veriblər. Bunun nəticəsində Leyla və Arif Yunuslar "Zerkalo" qəzetinin müxbiri Rauf Mirqədirov tərəfindən hərbi hissələrin və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar. Bu mənada təsadüfi deyil ki, hazırda ermənilər ub qadını aktiv şəkildə müdayiə etməklə məşğuldur. Elə Türkiyə ermənilərinin nüfuzlu qəzetlərindən hesab olunan və İstanbulda nəşr edilən "Agos" qəzeti də dünya erməniləri ilə həmrəylik nümayiş etdirərək, Leyla Yunusun müdafiəsinə qalxıb. Məlum məsələdir ki, Leyla Yunusun ermənilərlə qohumluq əlaqələri bu "hüquq müdafiəçisi"nin fəaliyyətini yönləndirən əsas amildir. Ermənilərə xidmət etmək bu fəaliyyətdən qırmızı xətt kimi keçir. Onun istər hələ AXC-"Müsavat" hakimiyyəti dövründə casusluq fəaliyyəti ilə məşğul olması, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri işlədiyi müddətdə ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış foto və video materialları erməni tərəfinə ötürməsi, bunun müqabilində külli miqdarda pul əldə etməsi, daha sonra nazirliyin qida təchizatı ilə məşğul olan L.Yunusun cəbhəyə göndəriləcək məhsulları bazara çıxararaq, bundan əldə etdiyi vəsaitləri Almaniyadakı bank hesabına köçürməsi, Müdafiə Nazirliyindəki vəzifəsini itirdikdən sonra isə erməni qohumları ilə əlaqələrindən də istifadə edərək erməni kəşfiyyat orqanları, xüsusilə də 1994-1995-ci illərdə Ermənistanın milli təhlükəsizlik naziri ilə, sonrakı dövrlərdə erməni kəşfiyyatının yetkili nümayəndələri ilə xüsusi münasibətləri olduğu, onlarla əməkdaşlığa girərək Azərbaycan dövlətinə xəyanət etdiyi yönündə kifayət qədər məlumatlar var.

"Agos" qəzeti sözügedən məqalədə Leyla Yunusun həbs olunma səbəblərindən biri kimi, onun erməni hökumətinin təmsilçisi Şahnazaryanla tez-tez görüşməsi və Erməni-Azərbaycan cəmiyyətləri arasında sülh arayışlarının olduğunu irəli sürüb. Xatırladaq ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədlərin saxtalaşdırılması) və 178.3.2 (dələduzluq) maddələrilə təqsirləndirilir. Bu əməlləri törətmək isə dünyanın hər bir ölkəsində həbsə səbəbdir. Lakin ermənilər bunun üçstündən keçi rvə Leyla Yunusun müdafiəsi üçün bütün qüvvələrini səfərbər edir.