Biri yandı, digəri mağazaya girdi

4 Oktyabr 2014 10:14 (UTC+04:00)

Bu gecə Bakıda baş verən yol qəzalarında iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, Nizami rayonunda "MG" markalı minik avtomobili hərəkətdə olan zaman mühərrik hissəsində yanğın baş verib. Bundan təşvişə düşən sürücü idarəetməni itirərək maşını aşırıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının avtomobilin digər hissələrinə keçməsinin qarşısını alıblar.

Digər yol qəzası isə Xətai rayonunda baş verib. Yüksək sürətlə hərəkət edən "Nissan Patrol" markalı avtomobil Yusif Səfərov küçəsindəki mağazaya girib. Xəsarət alanlar barədə hələlik heç bir məlumat olmasa da, hər iki avtomobil tamamilə yararsız vəziyyətə düşüb.