Xaricdə təhsil alan 246 nəfərdən 195-i işlə təmin olunub

4 Oktyabr 2014 10:40 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xaricdə təhsillə bağlı Təqaüd Proqramı çərçivəsində xaricdə təhsil alan 246 tələbənin 195-i ixtisaslarına uyğun işlə təmin olunub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə xaricdə təhsillə bağlı Təqaüd Proqramı Müsabiqə Komissiyasının iclasında məlumat verilib. Proqram çərçivəsində xaricə göndərilən digər 51 nəfər (onlardan 23 nəfər bakalavr, 27 nəfər magistr pilləsi üzrə, 1 nəfər isə uzmanlıq) təhsilini Avropanın və Türkiyənin yüksək reytinqli universitetlərində davam etdirir. Vətənə döndükdən sonra onlar da müvafiq işlə təmin olunacaqlar.