Ərdoğan ABŞ-a zəng etdi

4 Oktyabr 2014 11:04 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Co Bayden arasında telefon danışığı olub.

Movqe.az publika.az-a istinadən xəbər verir ki, telefon danışıqlarında bölgədə baş verən hadisələr və Türkiyənin İŞİD-ə qarşı koalisiyaya qoşulması əsas müzakirə mövzusu olub.  

Terrorla mübarizədə birgə hərəkət etməyin vacibliyi vurğulanan danışıqda, Ərdoğan ölkəsinin, eyni zamanda Suriya və İraqda təhlükəsizliyin təmin olunması üçün Suriyanın hava məkanının bağlı elan edilməsini, o cümlədən bölgədə sabitliyə nail olmaq üçün Qərbin dəstəyinin artırılmasını təklif edib.