Pakistan mətbuatı Azərbaycanın birinci xanımının İslamabaddakı xeyriyyəçilik fəaliyyətindən yazır
4 Oktyabr 2014 13:00 (UTC+04:00)
Movqe.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidentiMehriban
Əliyevanın dəstəyi ilə İslamabad şəhərindəki Beyt-ul-Mal
uşaq evində Qurban bayramı münasibətilə keçirilən tədbir Pakistan
mediasında geniş işıqlandırılıb.
Pakistanın "Jang", "The Frontier Post", "The News", "Navai Vakt",
"Daily Express", "Pakistan Observer", "Patriot", "Azkaar",
"Pakistan in the World" , "Metro Watch", "Daily Jinnah",
"Khabrian", "News com", "News Mart", "Sarkaar" qəzetlərində və
informasiya agentliklərində, həmçinin "Dawn TV", "PTV", "JEOTV",
"Dunya TV", "Samaa TV", "Express TV", "ARY", "Such TV" televiziya
kanallarında bu tədbirlə bağlı urdu və ingilis dillərində
materiallar və reportajlar yayılıb.
Bildirilir ki, İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz
uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş tədbirdə
Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri,
Azərbaycan səfliyinin əməkdaşları, jurnalistlər, ictimaiyyətin
nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən qonaqlar
Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəstək olması
faktını onun humanistliyi, İslam dəyərlərinə sadiqliyi kimi
qiymətləndiriblər.