Azərbaycan paytaxtındakı istirahət mərkəzində silahlı insident olub, ölən və yaralanan var

17 İyul 2012 16:48 (UTC+04:00)
Hadisə ötən gecə Salyan yolu, 32 ünvanında yerləşən "Min bir gecə" istirahət mərkəzində qeydə alınıb. Adı hələlik açıqlanmayan naməlum şəxs odlu silahdan atəş açaraq Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Bayramov Ramal Abdulla oğlunu qətlə yetirib, daha bir nəfəri, Şəmkir sakini, 1985-ci il təvəllüdlü Mənsimov Səməd İbadət oğlunu isə yaralayıb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb və fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. 

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.