Donetskdə separatçıların liderlərindən biri ağır yaralanıb
4 Oktyabr 2014 19:00 (UTC+04:00)
Donetsk aeroportu üğrunda döyüşlərdə separatçı "Donetsk Xalq
Respublikası"nın Ali sovetinin deputatıOleq
Frolovağır yaralanıb.
Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, Oleq Frolov
"Donetsk Xalq Respublikası"nın əsas yaradıcılarından biri
sayılır.
"Həkimlər onun həyatı üçün mübarizə aparırlar", - deyə "DXR"in
mətbuat mərkəzindən bildirilib.
Mətbuat mərkəzində qeyd edirlər ki, Oleq Frolov "Donetsk
Respublikası" ictimai təşkilatının banisidir və Donetsk ərazisində
inqilabçı hadisələrin aktiv iştirakçısıdır.
Qeyd edək ki, bölgədə atəşkəs elan edilsə də Donetskdə son günlər
vəziyyət daha da gərginləşib.