Bakı sakinini yumruqlayaraq pulunu və telefonunu almış şəxs qandallandı

4 Oktyabr 2014 21:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətdən verilən məlumata görə, oktyabrın 2-si saat 22 radələrində Sabunçu qəsəbəsində naməlum şəxsTaleh İbrahimovun sifət nahiyəsindən əli ilə vuraraq 700 manat pulunu və mobil telefonunu alıb.

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Seymur Hüseynov yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.