İŞİD dəhşətləri: “Bir qadını 10-12 dollara satırdılar”

5 Oktyabr 2014 10:07 (UTC+04:00)

İraqda "İslam Dövləti"nin (İŞİD) əsirliyində olan qadınlardan biri "Euronews" telekanalına başına gəldiklərini danışıb.

Movqe.az publika.az-a istinadən xəbər verir ki , yezidi kürd olan 19 yaşlı Amşi 3 avqustda əri ilə birlikdə İŞİD-in əlinə keçib.

Əri öldürülən Amşi Moşul şəhərinə gətirilib.

"İŞİD döyüşçüləri yezidi qadınları 10-12 dollara satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Tanrı belə şeyi qəbul edə bilərmi? Bu biabırçılıqdır, bunlar insanlar deyillər, heyvanlardır. Baş verənlərə görə, indiyədək qorxu içində yaşayıram", - deyə Amşi bildirib.

Amşi sonradan təsüdüf nəticəsində Mosuldan qaçmağı bacarıb.

"Bir çox qadın əsirlər örpəklərini ilgək kimi boğazına dolayır və intihar etdilər", - "Euronews" xəbər verir.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunda İŞİD 2,5 min yezidi qadın və uşağı tutub. İslamı qəbul etməkdən imtina edən isə Suriyanın Rakka və İraqın Mosul şəhərlərində "qul bazarları"na satmaq üçün göndərilib.