Avtomobil kanala düşdü və alovlandı

5 Oktyabr 2014 13:00 (UTC+04:00)
Ağdaşda ötən gün axşam saatlarında yol-nəqliyyat hadisəsi baş verib.Movqe.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, rayonun Ağzıbir kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili idarəetməni itirərək kanala düşüb.

Nəticədə avtomobildə olan qaz balonu alışıb. Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.