"İslam dövləti"nin 30 yaraqlısını məhv edildi

5 Oktyabr 2014 16:00 (UTC+04:00)

ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri "İslam dövləti" (İD-nin) yaraqlılarının mövqelərinə hava zərbələri endirməyi davam etdirib.

Bombardmanlar nəticəsində 35 ekstremist öldürülüb. Movqe.az Trend-ə istinadən xəbər verir.

Əsas zərbələr şənbə gününə keçən gecə həyata keçirilib. ABŞ Hərbi Hava Qüvvələri ilə yanaşı, hərbi uçuşları İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) təyyarələri yerinə yetiririblər.

Bu zaman qırıcı və bombardmançı təyyarələri ilə yanaşı pilotsuz uçuş aparatları da istifadə olunub.

Ekstremistlərin mühasirəsi altında yerləşən Türkiyə ilə sərhəddəki yaşayış məntəqəsi olan Kobani şəhər ərazisində dörd bombardman həyata keçirilib.

İD-nin böyük bir quldur qrupu, üç artilleriya mövqeləri, həmçinin bir sıra nəqliyyat vasitələri məhv edilib.

El-Hasika əyalətində anbar partladılıb və 30 terrorçu məhv edilib.