Millimiz Xorvatiyanı məğlub etdi

5 Oktyabr 2014 17:05 (UTC+04:00)
İtaliyada keçirilən qadın voleybolçular üzrə dünya çempionatında bu gün növbəti oyunlar keçirilib.

Movqe.az-ın qol.az-a istinadən xəbərinə görə, voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Xorvatiya yığması ilə qarşılaşıb.

E qrupunda iki xalla sonuncu pillədə qərarlaşan və növbəti mərhələyə yüksəlmək şansı olmayan millimiz üçün bu oyun formal xarakter daşıyıb. Oyun 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

4 oktyabr

E qrupu

23:00. Xorvatiya - Azərbaycan - 1:3 (25:23, 23:25, 13:25, 23:25)