Braziliyada prezident seçkisidir

5 Oktyabr 2014 19:06 (UTC+04:00)
Bu gün Braziliyada prezident seçkiləri günüdür. Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, dövlət başçısı vəzifəsinə namizədlər arasında hazırkı prezidentDilma Russeffvə onun əsas rəqibləri Sosialist Partiyasında ölkənin sabiq ətraf-mühit naziriMarina Silvavə Sosial-demokrat PartiyasındanEsio Nevesvar.

İctimaiyyət arasında keçirilən rəy sorğusu hazırkı iqtidar Fəhlə Partiyasının sədri Dilma Russefin seçkilərdə qalib gələcəyini göstərir. Onun ən güclü rəqibi isə, Marina Silvadır. Silvanın da ölkədə tərəfdarı az deyil. Belə ki, namizədlər səsvermə nəticəsində müəyyən olunmuş 50 faizlik səs həddini keçə bilməzsə, hər iki tərəf ikinci mərhələdə mübarizə aparacaq.

Seçkilərlə əlaqədar ölkənin təhlükəsizlik xidməti gücləndirilib. Əsasən, bir qədər əvvəl silahlı qarşıdurmalarla yadda qalan Rio de Janeyro şəhərinə stabilliyin qorunması üçün əlavə hərbi qüvvələr cəlb olunub.

Seçkilərə 143 milyon seçicinin qatılacağı proqnozlaşdırılır.

Seçki ərəfəsində ölkənin ali seçki komissiyası elektron səsvermə sisteminin haker hücumlarına məruz qala biləcəyi barədə xəbərdarlıq edib. Komitə rəhbərliyi hakerlərin müntəzəm olaraq sistemə hücum etdiyini etiraf edib. Lakin məlumata görə, heç bir haker sistemə daxil ola bilməyib.