Məscid necə olmalıdı?

6 Oktyabr 2014 00:00 (UTC+04:00)

"Cami yalnız ibadət yeri kimi deyil, həm də mədəni-sosial əlaqələrin qurulması yeri kimi nəzərdə tutulmlıdı".

Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu fikirlə millət Vəkili Fazil Mustafa çıxış edib. Qurban Bayramının namazını Almaniyanın Mayns şəhərindəki Türk Camisində qıldığını deyən millət vəkili bu barədə öz təəsüratlarını qeyd edib.

"Diqqətimi çəkən bu idi ki, caminin içində çox sayda kitab dolabı var və oxumaq üçün xeyli kitab tapa bilərsən. Xeyli maraqlı kitabı gözüm aldı. Namazdan sonra insanlar xurma və lokum paylayırdılar ki, bu da həqiqətən insanda xoş duyğular yaradır. Digər tərəfdən caminin içindəki geniş kafedə axşamlar insanlar Türk klublarının oynadığı futbol matçlarını da izləməyə gəlirlər və burada bir-biri ilə xeyli mehriban davranırlar. Yəni cami yalnız ibadət yeri kimi deyil, həm də mədəni-sosial əlaqələrin qurulması yeri kimi nəzərdə tutulub", - F.Mustafa əlavə edib.