Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

6 Oktyabr 2014 12:30 (UTC+04:00)

Bakıda 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.Movqe.az xəbər verir ki ,  Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, 21-22 may 2015-ci il tarixində baş tutacaq forum BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası, Heydər Əliyev Fondu, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESKO və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə həyata keçiriləcək.

Foruma İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri , Koreya Fondunun prezidenti Hyun-sok Yunu və digər şəxslər dəvət olunublar.