Qroysman: “Qış Ukrayna üçün asan olmayacaq”

6 Oktyabr 2014 14:18 (UTC+04:00)

"Qış ukraynalılar üçün asan olmayacaq, eyni zamanda, kritik temperaturla da üzləşməyəcəklər".Movqe.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş nazirinin birinci müavini Vladimir Qroysman çıxış edib.O, analitik anti-böhran qərargahının hesabına bu ağır zamanı başa vuracağını əminliklə bildirdi:
"Hava şəraitindən asılı olaraq qış asan olmayacaq. Lakin biz bu mövsümü keçəcəyik. Buna mənim heç bir şübhəm yoxdur. Bu gün işləyən analitik anti-böhran qərargahı var. Orada Amerika Birləşmiş Ştatlarından ən yaxşı işçilərimiz çalışır. Biz də bu çətin zamanı başa vumaq üçün müxtəlif ssenarilər fikirləşirik".