BMT-nin 4 Qarabağ qətnaməsinin icra edilməmə səbəbi - Ekspert

7 Oktyabr 2014 00:17 (UTC+04:00)

"Nə Avropa Şurası, nə də NATO Dağlıq Qarabağ münaqişəsinin həllində birbaşa olaraq moderator kimi çıxış etmək imkanına malikdirlər". Movqe.az-ın Axar.az-a istinadən bildirdiyinə görə, bunu Təhlüksizlik Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu Dağlıq Qarabağ münaqişəsinin hazırda AŞPA-nın payız sessiyasında davam edən müzakirələrə münaisbət bildirərkən deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Avropa Şurasının elə də güclü bir ixtiyarı yoxdur:

"Yəni bu yolda Avropa Şurası heç bir məsuliyyət daşımır. Təşkilatın qəbul etdiyi qətnamələr sadəcə olaraq tövsiyyə xarakteri daşıyır. Qoşun yeritmək, sanksiyalar baxımından Şura səlahiyyət daşımır. Əsas yük ATƏT-in Minsk Qrupunun üzərinə düşür və əsas müzakirələr burda getməlidir. Nə Avropa Şurası, nə də ki NATO Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda birbaşa olaraq moderator kimi çıxış etmə imkanına malikdirlər. Çünki belə bir təşəbbüsləri yoxdur. O ki qaldı AŞ-nin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 1416-ci qətnaməyə bu, tövsiyyə xarakteri daşıyır. Yalnız bu səbəbdən təşkilatın işini müsbət qiymətləndirmək olar. Eyni zamanda, BMT-nin işğal olunmuş əarzilərin qeyd-şərtsiz boşaldılması ilə bağlı dörd qətnaməsinin indiyədək kağız üzərində qalmasının əsas səbəbi BMT nizamnaməsinin 6-ci fəslini əks etdirməsidir. Burada da heç bir məcburetmədən söhbət belə getmir. Belə olan təqdirdə məslənin həlinin bu vaxtadək yubadılması anlaşılandır. Əgər qətnamələr 7-ci fəsli əks etdirsəydi, bu zaman Ermənistana qarşı məcburetmə, iqtisadi sanksiyalar və qadağalar yolu ilə münaqişə həll oluna bilərdi. Yalnız bu yolla işğal olunmuş torpaqları düşmənlərdən təmizləmək mümkündür. O ki qaldı məsələsnin BMT TŞ çərçivəsində həllinə, Azərbaycan heç bunun tərəfdarı da deyil, çünki BMT TŞ-nin üzv dövlətlərinin bu yolda kimi dəstəkləmələri məlum məsələdir".