Azərbaycanın şimal bölgəsində qar yağır

7 Oktyabr 2014 11:50 (UTC+04:00)

Azərbaycanın şimal bölgəsinin bəzi ərazilərində qar yağır.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü artıq 10 santimetrdir. Rayonun Qırız kəndində, eləcə də Qusarın Ləzə kəndində qarın hündürlüyü 2 sm-ə çatıb. Hazırda bu ərazilərdə yağıntı davam edir.