Ermənilər yenə atəşkəsi pozublar

7 Oktyabr 2014 12:11 (UTC+04:00)

Müdafiə Nazirliyininin məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Cəvahirli, Novruzlu, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino və Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.