Ölkəmizdə qar yağır

7 Oktyabr 2014 14:47 (UTC+04:00)
Azərbaycanın şimal bölgəsində bəzi yaşayış məntəqələrinə qar yağır. Quba rayonunun Xınalıq kəndində qarın hündürlüyü 10 sm-ə, rayonun Qırız kəndində isə qarın hündürlüyü 2 sm-ə çatır.

Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 2 sm təşkil edir. Hazırda bu ərazilərdə yağıntı davam edir.