Balakəndə şahmat turniri

7 Oktyabr 2014 13:52 (UTC+04:00)
Balakəndə Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Respublika Uşaq Gənclər şahmat məktəblərinin komandaları arasında Respublika birinciliyinin seçmə mərhələsinə start verilib.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki,turnir 5-12 oktyabr tarixləri arasında keçiriləcək. Respublika birinciliyində 12 rayondan 120 şahmatçı mübarizə aparacaq. İlk 3 yeri tutan 6 yaş qrupunda zəka sahibləri noyabrda Qubada keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, final mərhələsində birinci və ikinci yerə layiq görülən yeniyetmə və gənc şahmatçılar ölkəmizi dünya və Avropa çempionatlarında təmsil etmək imkanı qazanacaqlar.