64 yaşlı qadın sirkə turşusundan zəhərləndi

7 Oktyabr 2014 14:06 (UTC+04:00)
Movqe.az APA-ya istinadən xəbər verir ki , Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, oktyabrın 6-da gecə saat 23:10 radələrində rayonun Kiş kənd sakini, 1950-ci il təvəllüdlüZüleyxa Əsabəli qızı Abbasovazəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub. Müayinədən sonra məlum olub ki, 64 yaşlı qadın sirkə turşusu qəbul edib.

Z.Abbasovaya xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.