Ermənistanda əsir düşən azərbaycanlıların məhkəməsi başlayır

8 Oktyabr 2014 10:40 (UTC+04:00)

Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz "casusluq" və digər maddələrlə ittiham olunurlar

Ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Həsənovun qondarma məhkəmə işi başlayır.


Movqe.az-ın anspress-ə istinadəv verdiyi məlumata görə, Xankəndində baş tutacaq məhkəmə prosesinin keçiriləcəyi vaxt dəqiq bildirilməyib. Ermənilərin diversant adlandırdığı həmvətənlərimiz "casusluq" və digər maddələrlə ittiham olunurlar.


Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu ilin 29 iyun tarixində yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şapılar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb. 


Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.