Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb

18 İyul 2012 11:48 (UTC+04:00)
Azərbaycanda ali məktəblərin III ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qabiliyyət imtahanları başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, III ixtisas qrupuna daxil olan xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə turlarda iştirak edərək müvəffəq qiymət alan və test imtahanı nəticəsində müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər iyulun 18-dən qabiliyyət imtahanı verəcəklər. Qabiliyyət imtahanları iyulun 24-dək davam edəcək. Test imtahanının nəticəsinə əsasən 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 

Qabiliyyət imtahanından keçməyən abituriyentlər müsabiqə şərtini ödədikləri halda həmin qrupa aid xüsusi qabiliyyət tələb etməyən digər ixtisasların müsabiəqəsində iştirak edə bilərlər.