Aparıcı başında qətvə, əynində hamam xalatı ilə efirə çıxdı - FOTOLAR

8 Oktyabr 2014 17:05 (UTC+04:00)
"ANS" telekanalının aparıcısı Elnarə Təhməzova "İncə+" verlişini hamam geyimində aparıb. Mövzuya uyğun olaraq başında qətvə, əynində ağ, hamam xalatı ilə efirə çıxan aparıcı ilkə imza atıb. Belə yenilik etdiyini iddia edən E. Təhməzovanın bu geyimi sosial şəbəkə istifadəçiləri tərəfindən yaman qınaq obyektinə tuş gəlib. 


Xatırladaq ki, sözügedən efirdə hamamdan, saunadan söhbət açılıb.