Victoria chr("39")s Secret mələkləri Vogue jurnalına poza verdi

8 Oktyabr 2014 18:08 (UTC+04:00)

Victoria 's Secret mələkləri Kendis Svanepoel, Adriana Lima, Lais Ribeiro və Elsa Hosk Vogue jurnalına poza verib. 


Movqe.az xəbər verir ki, foto çəkilişlərində ümumiyyətlə dünyanın ən bahalı alt geyimləri görüntülənən modellər, Patrick Demarchelierin obyektivinə poza verib, sadə pudrayla makiyaj edilib və xəttli tül ətəklər geyiniblər. 


Bu il Victoria 's Secret şousu 9 dekabrda Londonda reallaşdırılacaq. 


1995-ci ildə Nyu Yorkda təşkil edilən nümayişdən bəri ilin ən görkəmli tədbirlərindən biri olan Victoria 's Secret nümayişi, hər il həyəcanla gözlənilir.