Rusiyada zəhərlənən 28 türk uşaq xəstəxanaya qaldırıldı

18 İyul 2012 12:33 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiyaya bağlı Adıgey Respublikasında tətil edən 28 türk uşaq yedikləri qida məhsullarından zəhərlənərək xəstəxanalıq olublar. Şimali Qafqazda olan Adıgey Respublikasında yaşanan hadisəylə əlaqədar "İnterfaks" agentliyinə danışan Təcili Yardım Nazirliyi səlahiyyətliləri bildiriblər ki, "Təxminən 30 uşaq bağırsaq infeksiyası səbəbiylə xəstəxanaya qaldırılıb. Bunların 28-i Türkiyədən gələn uşaqlardır. Hamısı həkimlərin nəzarəti altında müalicə alır". Təcili Yardım Nazirliyinin Cənubi Region Dairəsindən verdiyi məlumata görə, türk uşaqların "Dost-Ailə" proqramı çərçivəsində Adıgey Respublikasında rus ailələriylə birlikdə tətil etdiblər.