Kimya üzrə Nobel mükafatı amerikalı və almaniyalı alimlərə verilib

8 Oktyabr 2014 18:50 (UTC+04:00)

2014-cü ilin Kimya üzrə Nobel mükafatı amerikalı alimlər Erik Betsiq, Uilyam E. Morner və  almaniyalı professor Stefan B. Hellə verilib. APA-nın Nobel Komitəsinin saytına istinadən verdiyi məlumata görə, alimlər bu mükafata "yüksək keyfiyyətli fluoressent mikroskopiyanın inkişafına görə" layiq görülüblər.

 

Erik Betsiq ABŞ-ın Howard Hughes Tibb Universitetinin, Uilyam E. Morner Stanfor Universitetinin, almaniyalı alim Stefan B. Hell isə Alman Xərçəng Tədqiqatları Mərkəzinin əməkdaşıdır.