Alovun çəkisi nə qədərdir?

9 Oktyabr 2014 09:24 (UTC+04:00)

Çəki əşyanın öz dayağına təzyiq etdiyi qüvvədir. Alov isə dayağına təsir etmir. Əksinə, o, səmaya qalxır, çünki yüksək temperatur səbəbindən alovdakı hava genişlənir və onun sıxlığı azalır. 600 °C-də alovun sıxlığı havanının sıxlığına nisbətən təqribən iki dəfə, 1200 °C-də isə dörd dəfə az olur.