Mahsun Qırmızıgül Çarlz Teronu istəyir? – FOTO

13 Aprel 2012 21:06 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi və aktyoru Mahsun Qırmızıgül, "Alma qoxusu" bədii filmi üçün düşündüyü möhtəşəm ideyalarını gerçəkləşdirmək fikirindədir. Movqe.Az xəbər portalının məlumatına görə, M.Qırmızıgül "Hollywood"un məşhur simaları Cud Lou və Çarlz Teronu filmin baş rollarına cəlb etmək istəyir. Film çəkilişlərinin bir qisimini Şimali İraqda aparılması üçün hədəflərini böyüdən M.Qırmızıgül, artıq ingilis aktyor C.Louya və Cənub Afrikalı aktrisa Ç.Terona təklifini göndərib: "Əgər hər iki məşhur şəxs təklifi qəbul etsələr, C.Lounu "Martin", Ç.Teronu isə müharibə müxbiri "Emma" rolunda görəcəksininz", - M.Qırmızıgül deyib.

Qeyd edək ki, "Alma qoxusu" bədii filmin süjet xətti məlumdur. Belə ki, filmdə jurnalist cütlük Emma ilə Martinin oğulları Dareninin məzuniyyət mərasimiylə başlayır. Filmin irəliləyən dəqiqələrində, Dareni əslində Baran adında kürd uşağı olduğu ortaya çıxır. Baran, Martinin yaxın yoldaşı, kürdəslli Şiarın oğlu olduğunu öyrənir. Şiar Hələbçədə qətl edilir və bundan sonra Martin ilə həyat yoldaşı Baranı öhdəliklərinə götürürlər.

Fuad Mədətov