Araşdırma, eyni yaş qrupundakı uşaqların15 faizinin həftədə 18 saatdan çox televiziya qarşısında oturduqlarını və araşdırmaya qatılan uşaqların 10 yaşına çatdığında televiziya izləmə vərdişləri səbəbiylə bel dairələrinin 7,6 millimetr qalınlaşa biləcəyini məlum edib.
Həftədə 1 saat çox televiziya qarşısında oturan uşaqlarda tullanma məsafəsinin də 0,36 santimetr azaldığı görülüb.
Araşdırmada 1314 uşağın televiziya izləmə vərdişləri araşdırılıb.
Araşdırmaçılar, 4 yaşındakı uşaqların həftədə orta hesabla 8,8 saat televiziya izlədiklərini və bu rəqəmin 2 il içində 14,8 saata qədər arta biləcəyini bildiriblər.
Mütəxəssislər, 2 yaşdan yuxarı uşaqların gündə 2 saatdan çox televiziya izləməməsini təklif edirlər.