"General" 50 yaşında

18 İyul 2012 13:34 (UTC+04:00)

Movqe.Az bildirir ki, Dünyanın ən yaşlı oranqutanı "Major"un (General) 50 yaşı oldu. Ad gününü Fransadakı "La Boissiere Du Dore" bölgəsindəki zooparkda keçirən "Major", tortunu qaşıqlamadan əvvəl çiyələk fidanı üzərinə tikilmiş şamları üfürüb. 16 balanın atası olan 125 kiloluq nəhəng oranqutan işçilərin alqışları arasında yeni yaşına girib.