Ayan sevir ...

9 Oktyabr 2014 11:10 (UTC+04:00)

Müğənni Ayan Babakişiyevanın repertuarına söz və musiqisi Xanım İsmayılqızına, aranjemanı Emil Minyaşevə məxsus yeni "Sevirəm" mahnısı daxil edilib. Movqe.az-ın məlumatına görə, bu, X.İsmayılqızının müəyyən fasilədən sonra mahnı yaradıcılığında növbəti işidir.


"Xanım müəllimə ilə məni yaradıcılıqdan öncə, ana-bala münasibəti bağlayır. İfam üçün yazılan hər bir nəğməsini böyük sevgi ilə səsləndirirəm" – deyən sənətçi hələki klip barəsində düşünmədiyini bildirdi. Qarşıda böyük layihələri gözlənilən Ayan Babakişiyeva bu barədə zamanla açıqlama verəcəyini sözünə əlavə etdi.