Yeni iPhone-dən super incə ekran

18 İyul 2012 13:12 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bir neçə ayda yeni modelini tanıtması gözlənilən, texnologiya dünyasının maraqla gözlədiyi yeni iPhone ilə əlaqədar iddialar bitmək bilmir.

Son söhbətlərdən yeni iPhone-un ekranın ultra incə olacağı bildirilir. iPhone-larda olan üç layın əksinə yeni iPhone-da iki lay olması gözlənilir. "Wall Street Journal"dakı xəbərdə, LG və Sharp sözügedən panellərin istehsalına başladığı məlumatı var.

Yayılan məlumatlar arasında, yeni iPhoneda batareyanın daha çox güclü olacağı, 10 santimetr ekran genişliyinin olması və 3D kameradan funksiyasının olması gözlənilir.

Tural QABİLOĞLU