2012-2013-cü tədris ilində universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin nəzdində yeni bir peşənin - turizm ixtisasının açılması gözlənilir. Yeni ixtisasın açılmasında əsas məqsəd bölgənin turizm potensialının mövcudluğunu nəzərə alaraq, bu sahədə mütəxəssis hazırlığını təmin etməkdir. Yeni tədris ilindən fəaliyyət göstərəcək bu ixtisasda 20 tələbənin təhsil alacağı gözlənilir. Hazırda universitetdə 8 fakültə üzrə 4 mindən artıq tələbə təhsil alır.
Türkan Nadirqızı
Movqe.Az