Bakıda maskalı şəxslər bankomatı partladaraq içindəki pulu oğurlayıblar

10 Oktyabr 2014 12:29 (UTC+04:00)

Bakıda quldurluq hadisəsi törədilib.


Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Bilgəh qəsəbəsində qeydə alınıb.

 

Maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq, orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.

 

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb.

 

Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.