Rusiyada 18 milyon insan aclıq sərhədində yaşayır

18 İyul 2012 15:23 (UTC+04:00)
Movqe.Az bildirir ki, Rusiya prezidenti Vladimir Putin əhalinin 13 faizini təşkil edən 18 milyon vətəndaşın aclıq sərhəddində yaşadığını deyib. Dövlət Şurası konfransında sosial inkişaf proqramlarını qiymətləndirən Rusiya prezidenti kasıb - zəngin arasındakı fərqin aradan qaldırılması üçün təcili tədbirlər alınmasını tələb edib. May ayında vəzifəyə gəldikdən sonra imzaladığı regional inkişaf proqramının həyata keçirilməsi üçün koordinasiya işlərinin başladılmasını istəyən Putin, "Yerli rəhbərliklərin ictimai problemləri həll etməsi lazımdır. Hələ də mövcud yüksək gəlir fərqlilikləri qəbul edilə bilməz. Kasıblıq sərhədinin altında təəssüf ki, əhalinin 13 faizi, təxminən 18 milyon insan yaşayır "deyib.