Azərbaycanın Əfqanıstandakı sülhməramlı hərbçilərinin bir qrupu Bakıya qayıdıb

10 Oktyabr 2014 17:52 (UTC+04:00)

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Vətənə qayıdıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 23 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.