Bakirə qızlara maaş veriləcək

10 Oktyabr 2014 18:27 (UTC+04:00)

Afrika ölkəsi Svazilandda HİV virusunun yayılmasının qarşısını almaq üçün bakirə gənc qızlara hər ay 200 Rvanda frankı maaş bağlanacağı açıqlanıb.


 Bu tətbiqin arxasındakı əsl səbəbin isə Kralın "seçə biləcəyi bakirələrin sayını artırmaq" olduğu iddia edilib.


Bu tətbiqin əhalinin üçdə ikisinin gündə yalnız 70 qəpik ilə dolandığı və 200 min nəfərin  HIV olduğu Svazilandda qadınlara əhəmiyyətli əlavə gəlir təmin edəcəyi və fahişəlik etmələrinə mane olacağı iddia edilib.


Movqe.az xəbər verir ki, "Bakirə maaşı" proqramının maliyyəsini Dünya Bankının təmin edəcəyi deyilib.


Cənubi Afrika xəbər saytı IOL-ədanışan səhiyyə işçisi Thabsile Dlamini, "Hökumət gənc qızlara ehtiyaclarını qarşılamaları və fahişəlik etmək məcburiyyətində qalmamaları üçün bu ödənişi edəcək" deyib. 


Ancaq hər il "Umhlanga" adlı mərasimdə ölkədəki bakirələrdən özünə yeni bir yoldaş seçən və hal-hazırda 15 arvadı olan Svaziland Kralı 3-cü Msvatinin bu tətbiqi "yalnız seçə biləcəyi qadınların sayını artırmaq və gələcək gəlinlərinin heç bir xəstəliyi olmadığından əmin olmaq" üçün qəbul etdiyi iddia edilib. 

Bəkarət maaşı almaq istəyən qadınların nə sıxlıqda bəkarət idarəsindən keçiriləcəyi isə açıqlanmayıb.