Qəza törədib aradan çıxdı
11 Oktyabr 2014 11:14 (UTC+04:00)
Ötən gün axşam saat 23 radələrində Şəmkir-Gədəbəy avtomobil yolunun
10-cu klometrliyində qəza hadisəsi baş verib. Movqe.az Milli.Az-a
istinadən xəbər verir ki, Gəncə sakini, 23 yaşlıElvin
Bayramovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə
Gədəbəy sakini 23 yaşlıTəhmurazov Cavadovun sükan
arxasında əyləşdiyi eyni markalı avtomobil toqquşub.
Sürücülər qəzadan xəsarətsiz xilas olsalar da, onların sərnişinləri
54 yaşlıİmamverdivə 30 yaşlıXəyalə
Bayramovalar, eləcə də digər avtomobildə olan 24
yaşlıBahar Hüseynovamüxtəlif bədən xəsarətləri
alıb. Həkimlər ilk iki xəstənin vəziyyətini kafi Bahar Hüseynovun
səhhətini isə ağır kimi qiymətləndiriblər.
Qeyd edək ki qəzanın iştirakçısı olan Təhmuraz Cavadov hadisədən
sonra qaçaraq ərazini tərk edib. Faktla bağlı Şəmkir polisi
tərəfindən araşdırma aparılır.
Şahin Məmmədov, həkim: "Avtoqəza nəticəsində Şəmkir
Mərkəzi rayon Xəstəxanasının 1-ci cərrahiyyə şöbəsinə 3 nəfər xəstə
müraciət edib. Onlardan ikisinin səhhətində ciddi problemlər
olmadığından ambulator yardım göstərilib. Digər bir xəstə ağır
olduğundan dərhal əməliyyat olunub".