Bu günün hava proqnozu
11 Oktyabr 2014 12:00 (UTC+04:00)
Movqe.az Azərtac-a istinadən xəbər verir ki,Bakıda və
Abşeron yarımadasında
gecə və səhər bəzi yerlərdə
havanın çiskinli, gün ərzində dəyişkən buludlu olacağı
gözlənilir.
Şimal-şərq küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s
olacaq.
Temperatur gecə 11-14° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-12°
isti, gündüz 19-21° isti olacaq.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 75-85 faiz
təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahava, əsasən,
yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək
çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 19-24° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı,
ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Gündüz hava, əsasən,
yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 0-5° isti, gündüz 7-12° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl
rayonlarındagecə və səhər bəzi yerlərdə yağış yağacağı
gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 7-12° isti, gündüz 15-20° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar
rayonlarındabəzi yerlərdə yağış yağacağı, gündüz tədricən
kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti , dağlarda gecə 3°
şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarındagecə və səhər
bəzi yerlərdə duman, çiskin olacağı, gündüz, əsasən, yağmursuz
keçəcəyi gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 9-14° isti, gündüz 18-23° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara
rayonlarındaarabir yağış yağacağı, gündüz tədricən
kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.
Şərq küləyi 5-10 m/s olacaq.
Temperatur gecə 11-14° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8°
isti, gündüz 8-13° isti təşkil edəcək.