Davudoğlu: "Oyunu pozmağın çıxış yolu budur"

11 Oktyabr 2014 14:07 (UTC+04:00)
Baş nazirƏhməd DavudoğluMalatya proqramı çərçivəsində qeyri-hökumət təşkilatları və iş adamlarıyla yığıncaq keçirib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, yığıncaqda çıxış edən Türkiyənin Baş naziri Əhməd Davudoğlu son dövrdə yaşanan problemlərin aradan qaldırılması üçün yeni kampaniya elan edib.

"Türkiyənin hər bir nöqtəsində yaşayan vətəndaşlarımıza, qardaşlarıma yenidən səslənmək istəyirəm. Sabah bu oyunları dağıtmaq üçün hər kəs gördüyü qonşusuna, qarşılaşdığı dostuna, yoldaşına, tanımırsa belə, küçədəkinə salam versin və qucaqlaşsın. Başımıza gətirilən oyunu dağıtmaq üçün tək yol budur. "Haralısan" deyə soruşmasın. Etnik kimliyi, məzhəbi nədir soruşmasın. Şiə, sünni, kürd, türk qarşılaşdıqca "bu ölkə bizimdir, Allahın salamı üzərinə olsun" desin və qucaqlaşsın, bağrına bassın. Oyunu pozmağın çıxış yolu budur. Burada bir kampaniya, bir "Salam həftəsi" elan edək. Salam həm sülh deməkdir, həm qarşılıqlı salamlaşmaqdır. Bütün Türkiyədə bir həftə "Salam həftəsi" elan edilsin", - Davudoğlu çıxışında bildirib.

"Bu fitnəbazlara qarşı ən təsirli olacaq şey budur. Böyük şəhərlərimizdə olanlar, xüsusilə İstanbulda olanlar, mütləq bir mənzildə bir diyarbəkirlı ilə bir ədirnəli, bir iğdırlı ilə bir izmirli mütləq eyni binadadır. Qapılarını açdıqlarında, qarşı qonşuluqdakı qapının zəngini çalsınlar və ya qarşılaşdıqlarında "Salamun əleykum" desinlər. "Məndən sənə zərər gəlməz, səndən mənə zərər gəlməz", İslam budur, İslam salam dinidir. Biz gördüyümüzə salam verərkən, əslində, salamla birlikdə qarşı tərəfə bunu da söyləyərik, yəni "məndən sənə zərər gəlməz, sənin canın, malın mənimkindən əzizdir, mənim canım, malım da sənin təhlükəsizliyin altındadır". Bəzi bizim ictimai mədəniyyəti bilməyən, özgəninkiləşdirilən bəzi ziyalılar salam verməyə xor baxırlar. Başqa şeylər söyləyirlər. Xeyr, salam insanlıq tarixinin ən böyük, ən gözəl şifrəsidir", - deyərək Davudoğlu çıxışını yekunlaşdırıb.