Ötən gün atəşkəs rejimi 16 dəfə pozulub

11 Oktyabr 2014 15:20 (UTC+04:00)
Ötən gün cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.

Movqe.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.