Fatih Terim Çexiyaya məğlubiyyətdən danışdı

11 Oktyabr 2014 23:05 (UTC+04:00)

"İslaniya ilə matçda olduğu kimi bu görüşdə də yaxşı oynadıq.Birinci hissədəetdiyimiz bir səhvlə rəqib qol vurdu. Biz isə qol epizodlarından yaxşı istifadə edə bilmədik. İkinci hissədə də üstün tərəf bizik idik. Ancaq buna baxmayaraq, hesabda geri düşdük. Bu cür oyunlarda qələbə qazanmaq lazım idi".

Movqe.az-ın Qol.az-a istinadla xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın seçmə mərhələsində Çexiyaya məğlub olduqları oyundan (1:2) sonra deyib.

Təcrübəli mütəxəssis növbəti 8 matçda yaxşı nəticələr əldə etməyə çalışacaqlarını bildirib:

"Əminəm ki, mütləq qələbə qazanacağıq. Əsas odur ki, yaxşı oynamağa davam edək. Artıq bizim üçün asan bir matç yoxdur".