İŞİD Twitter-in rəhbərini hədələdi

12 Oktyabr 2014 11:00 (UTC+04:00)

Twitter mikrobloqinq servisinin baş direktoruDik Kostolonun dediyinə görə, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması onu ölümlə hədələyib.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, D.Kostolo deyib: "Cihadçılar onların bəzi akkauntlarının dondurulduqlarını və buna görə də məni, habelə bəzi əməkdaşlarımı öldürəcəklərini bəyan ediblər. Həmin akkauntlarda qətllər və ekstremizmə çağırışlar olduğu üçün dondurulma qərarı verilmişdi.

Cihadçıların hədələrini, bu kampaniyanı çox xoşagəlməz insident hesab edirəm. Hər kəsin bəyənəcəyi sosial şəbəkəni yaratmaq çətindir. Amma biz İŞİD-in təbliğat vasitəsi olmaq niyyətində deyilik".