NSW hökumətinin də bu il cəmiyyətin əhəmiyyətli insanlarına bir iftar süfrəsi verəcəyini söyləyən Dominello, digər təşkilat və qurumların iftar dəvətinə də qatılacağını bildirib. Dominello, bir çox təşkilatın dəvətlərə qatılmağı səbirsizliklə gözlədiyini söyləyib. O, "Bu il daha çox iftar proqramlarımız və dəvətlerimiz gənclərə istiqamətli olacaq. İftarlar süfrələri çox gözəl dostluq və söhbətlər ilə qarşılıqlı anlayışlara vəsilə olur. Onun üçün bu əhəmiyyətli dövrləri çox yaxşı dəyərləndirmək lazımdır." deyib.
Bu il ilk dəfə müsəlman ailələrin dəvəti ilə ev iftarlarına da qatılacağını açıqlayan nazir Dominello, indidən Avstraliyadakı bütün müsəlmanların bu əhəmiyyətli ayını təbrik etdiyini bildirib.