Bill Qeyts və Stiv Balmer küsüşüblər

12 Oktyabr 2014 11:07 (UTC+04:00)
Microsoft-un keçmiş baş direktoruStiv Balmerlə şirkətin yaradıcısıBill Qeytsbir-biri ilə danışmır. Bu haqda Vanity Fair jurnalı yazıb.

Stiv Balmer Microsoft-un baş direktoru kreslosuna sahibləndikdən sonra onunla Bill Qeyts arasında münasibətlər korlanıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, 2013-cü ildə Balmerin Finlandiyanın Nokia şirkətini satın almaq təklifindən sonra onlar arasında daha bir olay yaşanıb. Balmer direktorlar şurasının onun təklifini təsdiq etməyindən o qədər əmin idi ki, toplantıdan sonra şam yeməyinə qalmayaraq oğlunu məktəbi bitirməsi ilə əlaqədar təbrik etməyə gedib. Ancaq onun yoxluğunda direktorlar şurası (Qeyts də daxildir) Nokia şirkətini satın almaqdan imtina edib. Balmer Qeytsin belə iştirakını xəyanət kimi qiymətləndirib – Vanity Fair yazır.