Xorvatiya millisində gözlənilməz ayrılıq

12 Oktyabr 2014 21:08 (UTC+04:00)

İngiltərənin "Hall Siti" klubunun futbolçusu Nikitsa Yelaviç Xorvatiya milli komandası ilə vidalaşıb.

Movqe.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, hücumçu bu qərarı Bolqarıstanla "Avro-2016"nın seçməmərhələ oyunundan sonra verib.

Baş məşqçi Yelaviçi meydana buraxmayıb. Niko Kovaçın qərarından təsirlənən 29 yaşlı futbolçu dünən milli komandadan ayrıldığını açıqlayıb.

Xatırladaq ki, Xorvatiya millisi oktyabrın 13-də Azərbaycan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.