Nazirlər kabineti yollarla bağlı qaydanı təsdiqlədi

12 Oktyabr 2014 22:07 (UTC+04:00)

Nazirlər Kabineti "Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nı təsdiq edib.


Movqe.az xəbər verir ki , Nazirlər Kabinetindən bildiriblər ki, bu Qayda "Avtomobil yolları haqqında" Azərbaycan RespublikasıQanununun 15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.


Qaydaya əsasən ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.


Qaydalarda qeyd edilir ki, ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.


Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadanimtina edilir.