İranda polis təyyarəsinin qəzaya uğradı, ölənlər var

12 Oktyabr 2014 23:02 (UTC+04:00)
İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.

Xilasedicilər artıq qəza yerini aşkarlayıblar. Qəzanın səbəbləri müəyyənləşdirilir.